Bank Of Baku

Bakı-İstanbul təyyarə reysi texniki səbəbdən geri qayıdıb

Bakı-İstanbul təyyarə reysi texniki səbəbdən geri qayıdıb
# 10 iyul 2024 16:10 (UTC +04:00)

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-075 nömrəli Bakı-İstanbul reysini yerinə yetirən təyyarəsinin kapitanı texniki səbəblərə görə (kondisioner sistemində yaranmış problem) hava limanına qayıtmaq qərarına gəlib.

APA-Economics” AZAL-a istinadən xəbər verir ki, təyyarə 16:04-də Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurla eniş edib.

Qeyd edilib ki, sözügedən reysin sərnişinləri başqa təyyarə ilə İstanbula yola düşəcəklər.

Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.

AZAL yaranmış narahatlığa görə reysin sərnişinlərindən üzr istəyir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR