Bank Of Baku

Bakı-İstanbul təyyarəsi hava şəraitinə görə Ankarada enib

Bakı-İstanbul təyyarəsi hava şəraitinə görə Ankarada enib
# 11 mart 2022 12:23 (UTC +04:00)

İstanbulun Sabiha Gökçen aeroportu əlverişsiz hava şəraiti ilə əlaqədar təyyarələrin gəliş-gedişinə müvəqqəti məhdudiyyətlər tətbiq edib.

"APA-Economics"in məlumatına görə, bu səbəbdən "Buta Airways"in J2-9103 nömrəli Bakı-İstanbul (Sabiha Gökçen) reysini həyata keçirən hava gəmisinin kapitanı Ankaranın Esenboğa beynəlxalq hava limanında (ESB) enməyə qərar verib.

Təyyarə yerli vaxt ilə saat 11:52-də uğurlu eniş edib.

Sabiha Gökçen aeroportu icazə verəcəyi təqdirdə təyyarə İstanbula yola düşəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR