Bank Of Baku

Bakı-Laçın-Bakı reysi üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilir

Bakı-Laçın-Bakı reysi üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilir
# 28 oktyabr 2024 17:35 (UTC +04:00)

30 oktyabr tarixindən Bakı-Laçın-Bakı reysi üzrə müntəzəm sərnişindaşıma xidməti müvəqqəti olaraq Yevlax-Xocalı-Laçın yolu ilə təşkil olunacaq.

Bu barədə "APA-Economics"ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

"Dəyişikliyə səbəb Xudafərin-Qubadlı-Laçın yolunun Həkəri çayının kənarı boyu müvəqqəti yol sahəsinin təqribən 15 km-lik hissəsində əlavə təmir işlərinin və yol sahəsi üzrə müəyyən konfiqurasiya dəyişikliyinin aparılması zərurətinin yaranmasıdır" - deyə qurumdan bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR