Dünya dəyişir, 2030-2035-ci illərdə dünya tam başqa olacaq (yaşıl keçid çərçivəsində aparılan qlobal islahatlar fonunda – red.) və bu dəyişikliklərə indidən hazırlaşmaq lazımdır.
"APA-Economics" xəbər verir ki, bu barədə "Bakı Limanının imkanlarının genişləndirilməsinə dəstək: Faza 2" layihəsinin bağlanış mərasimində Bakı Limanının baş direktoru Taleh Ziyadov bildirib.
Onun sözlərinə görə, əgər gələcək 10 ildə hər hansı transformasiyalar olacaqsa, "yaşıl dünyaya" hazır olmaq lazımdır, bu istiqamətdə səylər, hazırlıq işləri indidən aparılmalıdır.
T. Ziyadov əlavə edib ki, COVID-19 pandemiyası ticarət əlaqələrinə öz təsirini göstərib və yeni reallıqları üzə çıxarıb.