Bank Of Baku

"Bakı Metropoliteni" həkim və tibb bacısı vəzifələrinə işçi axtarır

"Bakı Metropoliteni" həkim və tibb bacısı vəzifələrinə işçi axtarır
# 16 aprel 2019 12:14 (UTC +04:00)

“Bakı Metropoliteni” QSC Sağlamlıq mərkəzinə həkim və tibb bacısı vəzifələri üzrə işə qəbul elan edir.

ONA-nın metropolitenə istinadən verdiyi məluçata görə, əsas tələblər sırasında ali təhsil (həkim-terapevt), orta-ixtisas təhsili (tibb bacısı), idarəedicilik qabiliyyəti, məsuliyyətli yanaşma, komandada işləmə bacarığı, azərbaycan dilini mükəmməl bilmə v kompüter bilikləri yer alır.

Həkim və tibb bacısı vəzifəsində çalışacaq işçilər metropoliten əməkdaşlarına ilk tibbi yardım göstərəcəklər, maşinistləri reysqabağı tibbi müayinədən keçirəcəklər.

İddiaçılar “Bakı Metropoliteni”nin rəsmi veb-səhifəsinin “Karyera və əməkdaşlıq” bölməsinə daxil olub “Bizdə iş” yarımbölməsində elektron müraciət formasını doldurmalıdırlar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR