Bank Of Baku

"Bakı Metropoliteni"ndə ilk qadın maşinist işə götürülüb

"Bakı Metropoliteni"ndə ilk qadın maşinist işə götürülüb
# 13 aprel 2019 11:46 (UTC +04:00)

Bakı Metropoliteninin QSC-nin tarixində ilk qadın maşinist işə götürülüb.

QSC-dən ONA-ya verilən məlumata görə, hazırlıq kursunu müvəffəqiyyətlə bitirən Günay Həbibli Bakı metropoliteni tarixinə ilk qadın maşinist kimi düşüb. O, təlim-tədris prosesinin gedişində ən yüksək nəticə göstərənlər cərgəsində olub.

Günay Həbibli maşinist hazırlığı prosesinə qatılana qədər də "Bakı Metropoliteni" QSC-nin hərəkət xidmətində qatarları qəbul edib yola salan növbətçi vəzifəsində çalışıb. 

G. Həbibi jurnalistlərə açıqlamasında yeni işindən məmnun olduğunu deyib: "İnanıram ki, burada öz biliyimi daha da yüksəldə bilərəm. Öz üzərində çalışan, oxumağa meylli olan, biliyini, potensialını ortaya çıxara bilən hər kəs Metropolitendə istədiyi vəzifəyə sahib ola bilər”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR