Bank Of Baku

Bakı metrosunda daha 4 yeni qatar xəttə buraxılacaq

Bakı metrosunda daha 4 yeni qatar xəttə buraxılacaq
# 16 fevral 2022 11:03 (UTC +04:00)

Bu ilin ortalarında "Bakı Metropoliteni" QSC daha 4 qatar tərkibi olan 20 yeni vaqonu xəttə buraxacaq.

QSC-dən "APA-Economics"ə verilən məlumata görə, bununla da yeni qatarların sayı 23-ə çatdırılacaq. Bununla da, stansiyalarda hərəkət edən qatarların 50%-ni yeni qatarlar təşkil edəcək.

Yeni qatarlar Rusiyanın "Metrovaqonmaş" şirkətinə sifariş verilib və onların istehsalına başlanılıb.

Hazırda Bakı metropoliteninin stansiyalarında gün ərzində 40-46 qatar hərəkət edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR