Bank Of Baku

Bakı metrosunda pik saatlarda interval azaldılacaq

Bakı metrosunda pik saatlarda interval azaldılacaq
# 21 avqust 2025 15:42 (UTC +04:00)

"Bakı Metropoliteni" QSC qatar cütlərinin sayını artıracaq.

"APA-Economics" xəbər verir ki, Bakı metrosunda qatar cütlərinin sayının 32-dən 34-ə çatdırılması nəzərdə tutulub.

Bu isə o deməkdir ki, metroda pik saatlarda qatarlarası interval azaldılacaq.

Qeyd edək ki, sonuncu dəfə bu ilin may ayında metroda cütlərin sayı 30-dan 32-yə yüksəldilib. Bununla da pik saatlarda qatarlararası interval 1 dəqiqə 52 saniyəyə qədər azaldılıb.

"Cüt qatar” anlayışı – bir saat ərzində müəyyən bir stansiyadan keçən qatar sayını bildirir və bu, infrastrukturun, xüsusən qatarların hərəkət təhlükəsizliyi sisteminin texniki imkanları ilə müəyyən olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR