Bakı metrosunda qatarların hərəkətində yubanma yaranıb

Bakı metrosunda qatarların hərəkətində yubanma yaranıb
# 16 iyul 2024 09:03 (UTC +04:00)

"Dərnəgül" stansiyasında maşinist monitorunda "qapıların bağlanmaması" işarə sistemi işə düşüb. Maşinist vaqon qapısını yoxladaqdan sonra idarəetmə sistemi yanlış göstərdiyi üçün əlavə texniki baxış keçirilməsi zərurəti yaranıb.

Bakı metropolitenindən “APA-Economics”ə verilən məlumata görə, xətdə hərəkətin təşkilinə maneə yaratmamaq üçün həmin qatar digər, qatarların hərəkət etmədiyi stansiya yoluna keçirilib. Əlavə baxış keçirilib və proqram təminatı yenidən yoxlanılıb.

“Ümumən intervaldan əlavə 4 dəqiqə yubanma yaranıb”, - məlumatda qeyd olunur.

Məlumata görə, qatar baxış keçirildikdən sonra hər hansısa problem müəyyən olunmadığı üçün yoluna davam edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR