Bank Of Baku

Bakı-Quba radiorele xətti yenidən qurulub

Bakı-Quba radiorele xətti yenidən qurulub
# 18 aprel 2019 14:29 (UTC +04:00)

“Teleradio” İstehsalat Birliyi Bakı-Quba radiorele xəttinin yenidən qurulması üzrə işləri başa çatdırıb. Bu barədə ONA-ya İstehsalat Birliyindən bildirilib.

Yenidənqurma işləri bu bölgədə rəqəmli ehtiyat televiziya şəbəkəsinin yaradılmasının bir hissəsi olaraq həyata keçirilib ki, bu da əyər hər hansı gözlənilməz hal baş verərsə televiziya proqramlarının fasiləsiz yayımı təmin edəcək.

“Növbəti mərhələdə Bakı-Zaqatala radiorele xəttinin yenidən qurulması üzrə işlərin həyata keçirilməsi nəzərdə tutulur”, - deyə İstehsalat Birliyindən bildirib.

Hazırda rəqəmli ehtiyat televiziya şəbəkəsi Bakıdan Cənub və Qərb istiqamətində çəkilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR