Bank Of Baku

Bakı-Şamaxı-Yevlax yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq - VİDEO

Bakı-Şamaxı-Yevlax yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq - VİDEO
# 21 iyul 2022 11:28 (UTC +04:00)

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 66-69-cu kilometrlik hissəsində (Şamaxı rayonu istiqamətində) aparılacaq təmir işləri ilə əlaqədar 21 iyul saat 10:00-dan etibarən yolun qeyd edilən hissəsində bir zolaq üzrə ( digər hərəkət zolaqları açıqdır ) hərəkət hissə-hissə məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən “APA-Economics”ə verilən məlumata görə, məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq.

Sürücülərdən sözügedən istiqamətdə yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR