Bank Of Baku

Bakı-Xırdalan-Sumqayıt-Bakı marşrutu üzrə qatarların hərəkət qrafiki dəyişdirilir

Bakı-Xırdalan-Sumqayıt-Bakı marşrutu üzrə qatarların hərəkət qrafiki dəyişdirilir
# 05 noyabr 2024 15:24 (UTC +04:00)

COP 29 qlobal iqlim konfransının keçirilməsi ilə əlaqədar iki qatarın ehtiyatda saxlanması məqsədilə 11-23 noyabr tarixlərində Bakı-Xırdalan-Sumqayıt-Bakı marşrutu üzrə qatarların hərəkət qrafikinə dəyişiklik edilir.

"APA-Economics" "Azərbaycan Dəmir Yolları" QSC-ə istinadən xəbər verir ki, qeyd edilmiş müddət boyunca həftənin iş günlərində (iş günü elan edilmiş 16 və 23 noyabr tarixləri daxil olmaqla):

- Bakıdan saat 08:10, 17:50 və 19:05,

- Sumqayıtdan saat 07:20,

- Xırdalandan isə saat 08:40 və saat 18:20 reysləri müvəqqəti olaraq ləğv edilir.

Xırdalan istiqamətində və Bakı-Pirşağı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən digər qatarların hərəkət qrafiki dəyişiklik edilmədən qüvvədə saxlanılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR