Bank Of Baku

Bakıda iki yolda hərəkət məhdudlaşdırılacaq

Bakıda iki yolda hərəkət məhdudlaşdırılacaq
# 19 sentyabr 2025 13:56 (UTC +04:00)

Bakıda iki yol sahəsində nəqliyyat vasitələrinin hərəkəti qısamüddətli olaraq məhdudlaşdırılacaq.

APA-Economics” xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Məlumata görə, Bakı şəhərində aparılacaq təmir işləri ilə əlaqədar olaraq, 20 sentyabr saat 08:00-dan 21 sentyabr saat 22:00-dək Yasamal rayonunda aşağıdakı yol sahələrində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılacaq:

- Cəfər Cabbarlı küçəsində – A.A.Bakıxanov küçəsindən B.Bağırova küçəsinədək olan hissədə;

- Xarici Dairəvi avtomobil yolunun yan yolunda – Məhəmməd Xiyabani küçəsindən Moskva prospektinədək olan hissədə.

Sürücülərdən və vətəndaşlardan göstərilən tarix və saatlarda qeyd olunan yol sahələrindən istifadə etməmələri və hərəkətlərini alternativ marşrutlar üzrə planlaşdırmaları xahiş olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR