Bank Of Baku

Bakıda kirayəyə velosiped götürənlərin gündəlik sayı açıqlanıb

Bakıda kirayəyə velosiped götürənlərin gündəlik sayı açıqlanıb
# 31 oktyabr 2024 12:40 (UTC +04:00)

Bakıda velosiped kirayəsi xidmətinin tətbiqinə bu ilin 24 avqust tarixindən başlanılıb.

"APA-Economics" xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin təşkil etdiyi ictimai dinləmədə qurumun mikromobillik şöbəsinin müdiri Coşqun Məmmədov deyib.

O bildirib ki, indiyə qədər kirayə edilmiş velosipedlərlə 140 min kilometrə yaxın sürüş olub:

"Bu ilin sentyabr ayında 20 056 velosiped kirayəyə götürülüb. Velosiped kirayəsi üçün gündəlik orta hesabla 650 sifariş olub. Gündəlik olaraq velosiped kirayəsi üçün 300-305 nəfər ayrı-ayrı şəxslərin müraciəti olub. Velosipedlərin kirayəsi üçün bu vaxta qədər 38 128 qeydiyyat olub".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR