Bank Of Baku

Bakıda Məmməd Rahim küçəsində təmir işlərinə başlanılıb

Bakıda Məmməd Rahim küçəsində təmir işlərinə başlanılıb
# 29 avqust 2025 10:02 (UTC +04:00)

Paytaxtın Yasamal rayonu, Məmməd Rahim küçəsində təmir işlərinə start verilib.

APA-Economics” xəbər verir ki, uzunluğu 620 metr, orta eni isə 10-12 metr olan küçədə aparılan təmir işləri çərçivəsində hazırda mövcud piyada səkilərinin bərpası və yeni səki daşlarının düzülməsi həyata keçirilir.

Layihəyə əsasən, köhnə asfalt-beton örtüyünün frezlənməsi, küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi, yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması, yeni baxış qapaqları və yağış barmaqlıqlarının quraşdırılması nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR