Bank Of Baku

Bakıda təhsil müəssisələrinin nəqliyyat sıxlığına təsiri qiymətləndiriləcək, Tədbirlər Planı hazırlanacaq

Bakıda təhsil müəssisələrinin nəqliyyat sıxlığına təsiri qiymətləndiriləcək, Tədbirlər Planı hazırlanacaq
# 30 yanvar 2025 21:01 (UTC +04:00)

Bakı şəhərində yerləşən təhsil müəssisələrinin fəaliyyətinin şəhərin nəqliyyat sıxlığına təsiri qiymətləndiriləcək.
APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda əksini tapıb.
Dövlət Proqramına əsasən, Elm Təhsil Nazirliyi və Rəqəmsal İnkişaf Nəqliyyat Nazirliyi Daxili İşlər Nazirliyi, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Azərbaycan Nəqliyyat Kommunikasiya Holdinqi və Nəqliyyatı Əlaqələndirmə Şurası ilə birlikdə 2025-2029-cu illər ərzində Bakı şəhərində yerləşən təhsil müəssisələrinin fəaliyyətinin şəhərin nəqliyyat sıxlığına təsirinin qiymətləndirilməsi və müvafiq təkliflərin hazırlanmasını təmin edilək. Təkliflərin həyata keçirilməsi ilə bağlı tədbirlər planı təsdiq ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR