Yağıntılı hava şəraiti ilə əlaqədar paytaxtın bir sıra küçə və prospektlərdə ictimai nəqliyyatın hərəkətində ləngimələr və intervallarda artım maşahidə olunub. Bir sıra müntəzəm marşrutların hərəkət sxemində məcburi dəyişiklik edilib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) "APA-Economics"ə verilən məlumüta görə, Zağulba-Mərdakən şosesindəki və Asif Əsədullayev küçəsində tunellər bağlı olduğundan 144 və 214 nömrəli marşrut avtobusları alternativ yollarnan hərəkət edib.
***
14.13
İntensiv yağışlar nəticəsində tunellərin su ilə dolması bir sıra müntəzəm marşrutların fəaliyyətində dəyişikliklərə səbəb olub.
Bu barədə “APA-Economics” Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Qeyd edilib ki, 191 nömrəli marşrut xətti: Q.Qarayev – Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon idarəsinədək fəaliyyət göstərir.
161 nömrəli marşrut xətti: Hövsan – Hövsan Zığ şosesi ilə hərəkət edərək Suraxanı istiqamətinə davam edir.
Koroğlu NMM-dən çıxan marşrut avtobusları Bakı Olimpiya Stadionu ərazisindən keçmədən Dərnəgül prospekti ilə "Koroğlu” stansiyasının "piramida" çıxışı qarşısından fəaliyyətlərini davam etdirirlər.