Bank Of Baku

Bakıda yeni parklanma məntəqələri salınır

Bakıda yeni parklanma məntəqələri salınır
# 10 oktyabr 2024 12:25 (UTC +04:00)

Azərbaycanın Yerüstü Nəqliyyat Agentliyi tərəfindən (AYNA) paytaxtın bir çox yerlərində avtomobilləri saxlamaq üçün yeni və müasir parklanma məntəqələri salınır.

Bu barədə “APA-Economics” quruma istinadən xəbər verir.

Qeyd edilib ki, Alı Mustafayev küçəsində 17 yerlik parklanma məntəqəsinin təşkili üçün nişanlanma işləri görülüb. Bundan başqa, Mərdanov qardaşları küçəsində 1 məntəqədə yol nişanı quraşdırılaraq ödənişli parklanma tətbiq edilib. Əlavə olaraq, Mərdanov qardaşları, Yusif Məmmədəliyev və Alı Mustafayev küçələrində mövcud parklanma məntəqələrində 5 ədəd məlumat lövhəsi yol nişanı quraşdırılıb.

Paytaxtın Mikayıl Müşfiq küçəsində isə 2 ədəd “Dayanma və durma qadağandır” yol nişanı quraşdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR