Bank Of Baku

Bakının 538 saylı ATS-i üzrə telekommunikasiya xidmətlərində fasilələr yarana bilər

Bakının 538 saylı ATS-i üzrə telekommunikasiya xidmətlərində fasilələr yarana bilər
# 15 dekabr 2021 19:35 (UTC +04:00)

"Bakı Telefon Rabitəsi" MMC-nin (Baktelecom) 538 saylı Avtomat Telefon Stansiyasında bu gündən dekabrın 30-dək xidmət keyfiyyətinin artırılması və şəbəkənin gücləndirilməsi məqsədilə profilaktik tədbirlər həyata keçirəcək.

MMC-dən "APA-Economics"ə verilən məlumata görə, bununla əlaqədar olaraq axşam saat 22:00-dan səhər 06:00-dək telekommunikasiya xidmətlərinin göstərilməsində fasilələr yarana bilər.

Qeyd olunub ki, telekommunikasiya xidmətlərinin fəaliyyəti tam bərpa edildikdən sonra ictimaiyyətə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR