Bank Of Baku

Bakının bəzi mərkəzi yollarının kəsişməsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

Bakının bəzi mərkəzi yollarının kəsişməsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq
# 13 aprel 2019 13:27 (UTC +04:00)

Yol kəsişməsində nəqliyyat şəraitinin yaxşılaşdırılması işləri çərçivəsində Ş. Bədəlbəyli küçəsinin R. Behbudov və S. Vurğun küçələri ilə kəsişməsində sarı kəsişmə toru nişanlanması təşkil ediləcək.

Bakı Nəqliyyat Agentliyindən ONA-ya verilən məlumata görə, bu məqsədlə 13.04.2019 tarixində axşam saat 23:00-dan aprelin 14-ü səhər saat 06:00-dək qeyd edilən kəsişmədə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Qeyd edək ki, ümumilikdə 74 yol kəsişməsində nəqliyyat şəraitinin yaxşılaşdırılması nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR