5 oktyabr saat 00:00-dan etibarən Bakı şəhəri, Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsində (28 May küçəsindən Üzeyir Hacıbəyov küçəsinə qədər olan hissə) avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
"APA-Economics" xəbər verir ki, buna səbəb həmin küçədə təmir işlərinin aparılmasıdır.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.