Bank Of Baku

"BakuBus" Bakı-Naxçıvan istiqamətində sərnişin daşıyacaq

"BakuBus" Bakı-Naxçıvan istiqamətində sərnişin daşıyacaq
# 30 dekabr 2024 12:48 (UTC +04:00)

"BakuBus" Bakı-Naxçıvan istiqamətində avtobusla sərnişin daşıyacaq.

"APA-Economics" xəbər verir ki, MMC Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Bakı-Naxçıvan istiqamətində avtobusla sərnişin daşınmasına dair elan etdiyi müsabiqədə qalib olub.

Məlumata görə, yanvarın 1-dən Bakıdan Naxçıvana reyslər “Neoplan” markalı müasir və komfortlu avtobuslarla həyata keçiriləcək.

Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Naxçıvana səfərlər hər gün reallaşır. Reyslər sərnişin tələbatına uyğun olaraq tənzimlənir. Biletlərin qiyməti 30 manatdır və “biletim.az” portalı üzərindən onlayn qaydada, həmçinin avtovağzalların kassalarından əldə olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR