Bank Of Baku

Baş nazir: “Su ehtiyatlarımıza yenidən sahib çıxmağımız imkanlarımızı artırır”

Baş nazir: “Su ehtiyatlarımıza yenidən sahib çıxmağımız imkanlarımızı artırır”
# 15 mart 2022 12:23 (UTC +04:00)

“İşğaldan azad edilmiş ərazilərdə bərpa olunan yaşıl enerjinin real tətbiqi istiqamətində konkret tədbirlər görülür”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatını təqdim edən Baş nazir Əli Əsədov deyib.

Baş nazir bildirib ki, təbii olaraq ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi nəticəsində vaxtilə itirilmiş su ehtiyatlarımıza yenidən sahib çıxmağımız su təminatı, kənd təsərrüfatı və alternativ enerji sahəsində imkanlarımızı da artırır:

“İşğaldan azad edilmiş ərazilərin elektrik təchizatı infrastrukturunun yaradılması və respublikanın enerji sisteminə inteqrasiya olunması işləri uğurla davam etdirilir.

Yeri gəlmişkən bu gün cənab Prezidentin iştirakı ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən tikiləcək 230 MVt gücündə günəş elektrik stansiyasının (225 mln. ABŞ dollarından çox) təməli qoyulur”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR