“Azərbaycan Respublikası və İran İslam Respublikası arasında İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu və Naxçıvan arasında yeni kommunikasiyaların yaradılması barədə memorandumuna əsasən, Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu və İran ərazisindən Naxçıvana 2 avtomobil körpüsü tikiləcək”.
APA xəbər ki, bunu Azərbaycan Baş nazirin müavini Şahin Mustafayev jurnalistlərə açıqlamasında deyib.
Şahin Mustafayev qeyd edib ki, bu körpülərin birini Azərbaycan, digərini isə İran inşa edəcək: “Müvafiq infrastruktur yaratmaqla tərəflər hər biri öz ərazisindən avtomobil yollarının tikintisini, təmir bərpasını genişləndirməklə həyata keçirəcəklər. Beləliklə Azərbaycanı Naxçıvanla birləşdirən yol təxminən 50-55 km olacaq. 50-55 km məsafədən sonra azərbaycanlıların Naxçıvana keçidi təmin olunacaq. Eyni zamanda, hesab edirik ki, bu yol təkcə lokal məqsədlərə deyil, böyük tranzit imkanlarına malik olacaq.
Bu yol Zəngəzur dəhlizinin qolu kimi Ağbənddən sola dönəcək, Araz çayı üzərindən körpü tikiləcək və təxminən 50 km gedəndən sonra Ordubad rayonunun Kotan kəndi səmtində Azərbaycan ərazisinə, yəni Naxçıvana çatacaq. Bu daha dəqiq bir ay ərzində müəyyənləşəcək. Naxçıvana təxminən 50-55 km-lik yol olacaq”.
***
19:44
“Prezident İlham Əliyev İranla əlaqələrin inkişafına xüsusi önəm verir”.
APA xəbər ki, bunu Baş nazirin müavini Şahin Mustafayev jurnalistlərə açıqlamasında deyib.
Şahin Mustafayev deyib ki, iki ölkənin prezidentlərinin sonuncu görüşü ölkələr arasında münasibətlərində yeni səhifə açıb: “Ölkələrimiz arasında ticarət dövriyyəsi pandemiyaya baxmayaraq, yaxşıdır. Bütün sahələrdə bizim uğurlarımız, strateji əməkdaşlığımız var. Xüsusilə tranzit sahəsində. Nəqliyyat dəhlizinin inkişaf etdirilməsi üçün ölkələr səylər göstərir. Biz yeni Astaraçay körpüsünün tikintisinə başlamışdıq. Bu gün razılaşdıq ki, bu körpünün tikintisi 10 ay müddətinə başa çatsın. Nəqliyyat sektorunda bizim çox vacib anlaşmamız oldu. Söhbət Şərqi Zəngəzur və Naxçıvanı birləşdirəcək yeni kommunikasiyaların yaradılmasından gedir. İran ərazisindən keçməklə Naxçıvana 2 avtomobil yolu tikiləcək. Azərbaycanı Naxçıvanla birləşdirən yol qısalacaq”.