Paşha Bank
Bank Of Baku

Bəşir Hacıyev: Kəlbəcərə növbəti köç Zar kəndinə olacaq

Bəşir Hacıyev: Kəlbəcərə növbəti köç Zar kəndinə olacaq
# 14 oktyabr 2026 12:37 (UTC +04:00)

Kəlbəcərə növbəti köç Zar kəndinə olacaq və yaxın vaxtlarda baş tutacaq.

"APA-Economics" xəbər verir ki, bunu Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Kəlbəcər şəhərinin özündə 162 ailə məskunlışıb. Növbəti köç isə Zar kəndinə olacaq.

"Tikinti işləri artıq yekunlaşmaq üzrədir. Tikinti işləri yekunlaşandan sonra köçümüz başlayacaq və oranın əzəli sakinləri gəlib öz doğma yurdlarında yaşayacaqlar, çalışacaqlar, oğul evləndirəcəklər, qız köçürəcəklər", - Bəşir Hacıyev bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR