Bank Of Baku

Biləcəridə yolun bir hissəsində hərəkət məhdudlaşdırılacaq

Biləcəridə yolun bir hissəsində hərəkət məhdudlaşdırılacaq
# 06 aprel 2019 10:20 (UTC +04:00)

Aparılan təmir işləri ilə əlaqədar olaraq aprelin 6-dan 7-nə keçən gecədən etibarən Binəqədi rayonu, Biləcəri qəsəbəsi Yəhyə Hüseynov küçəsinin bir hissəsində hərəkət məhdudlaşdırılacaq.

AAYDA-nin ictimaiyyətlə əlaqələr şöbəsindən ONA-ya verilən məlumata görə, hərəkətin məhdudlaşdırılması sözügedən küçənin Xurşudbanu Natavan küçəsi ilə kəsişməyədək (300 N-li orta məktəb) olan hissəsində tətbiq ediləcək və aprelin 7-si axşam saatlarınadək qüvvədə olacaq.

Bildirilir ki, AAYDA yarana biləcək müvəqqəti narahatlığa görə üzr istəyir və sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini xahiş edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR