Bank Of Baku

Binalarda səs-küyün qarşısını almaq üçün yeni tələblər müəyyənləşib - VİDEO

Binalarda səs-küyün qarşısını almaq üçün yeni tələblər müəyyənləşib - VİDEO
# 13 dekabr 2021 12:20 (UTC +04:00)

Yaşayış binalarında mənzillərarası səs-küyün qarşısını almaq üçün yeni tələblər müəyyənləşib.

APA-nın məlumatına görə, bu, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı ilə təsdiqlənən “Yaşayış binaları. Layihələndirmə normaları”nda əksini tapıb.

Normalara əsasən, mənzillərarası divar və arakəsmələrin hava səs-küyündən izolyasiya indeksi 50 dB-dan aşağı olmamalıdır.

Yaşayış otaqlarının daxili və xarici qoruyucu konstruksiyalarının səs izolyasiyası xarici səs-küy mənbələrinin səs təzyiqinin, həmçinin zərbə səs təzyiqinin və mühəndis sistemi avadanlıqlarının, havaötürücü boruların səs təzyiqinin azaldılmasını təmin etməlidir.

Yüksək nəqliyyat səs-küyü olan ərazidə yaşayış binaları yerləşdirilərkən səs-küyün azaldılması səs əleyhinə xüsusi tədbirlər yolu ilə, o cümlədən təsirli səsdənqoruyucu xüsusiyyətləri olan xarici divar və digər qoruyucu konstruksiyalarından və pəncərə aralığı doldurucularından istifadə etməklə həyata keçirilə bilər.

Mühəndis avadanlığından və digər binadaxili mənbələrdən yaranan səs-küy təyin edilmiş yolverilən səviyyəni və binadaxili səs mənbələri işləmədikdə isə fon göstəricilərini 2 dB-ni aşmamalıdır.

Yolverilən səs-küy səviyyəsinin təmin olunması üçün sanitar cihazlarının və boru kəmərlərinin birbaşa mənzillərarası divarlara və həmçinin, yaşayış otaqlarını ayıran divar və arakəsmələrə birləşdirilməsinə yol verilmir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR