Bank Of Baku

Brent markalı neftin qiyməti ötən il oktyabrın 31-dən etibarən ilk dəfə 75 dolları ötüb

Brent markalı neftin qiyməti ötən il oktyabrın 31-dən etibarən ilk dəfə 75 dolları ötüb
# 25 aprel 2019 12:27 (UTC +04:00)

Brent markalı neftin qiyməti 31 oktyabr 2018-ci il tarixindən etibarən ilk dəfə olaraq İran və Venesuelaya qarşı sanksiyalar şəklində davam edən geosiyasi risklər fonunda 1 barelə görə 75 dolları keçib.

ONA xəbər verir ki, Bakı vaxtı ilə saat 11:11-ə olan vəziyyətə görə, Brent markalı xam neftinin iyun müqaviləsinin dəyəri 0,47% artaraq 74,91 dollar təşkil edib. Hazırda isə bu göstərici 75 dolları ötərək 75,32 dollara yaxınlaşıb.

WTI markalı neftin iyun müqavilələrinin dəyəri isə 0,08% artaraq 65,94 dollara çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR