Bu ilin I rübünün nəticələrinə görə, yeni növ koronavirus pandemiyası səbəbindən Böyük Britaniyanın "British Airways" aviaşirkətinin itkiləri 1,14 mlrd. avro təşkil edib.
"APA-Economics"in "Reuters"a istinadən verdiyi məlumata görə, bu ilin ilk üç ayı ərzində şirkət üzrə sərnişin tutumu 2019-cu ilin göstəricisinin cəmi 20%-ni təşkil edib. Bu göstəricinin ilin II rübündə 25%-ə yüksələcəyi ehtimal edilir.
Qeyd olunur ki, pandemiyadan sonra aviasiya sənayesinin vəziyyətinin 2023-cü ildən əvvəl bərpa olunacağı gözlənilmir.