Bu il Azərbaycanda 121 mindən çox daşınmaz əmlaka çıxarış verilib

Bu il Azərbaycanda 121 mindən çox daşınmaz əmlaka çıxarış verilib
# 24 may 2024 11:36 (UTC +04:00)

Bu ilin yanvar-aprel aylarında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti daşınmaz əmlak üzərində 121 061 mülkiyyət hüququ qeydiyyata alaraq çıxarışla təmin edib.

Bu barədə "APA-Economics"ə Dövlət Xidmətindən bildirilib.

Məlumata görə, bu göstəricinin 18 440-ı (15,2%) ilkin, 102 621-i isə (84,8%) isə təkrar qeydiyyatın payına düşür.

İlin ilk 4 ayında fərdi yaşayış və bağ evi üzərində - 17 896, mənzil üzərində - 26 445 torpaq sahəsi – 72 951, qeyri-yaşayış binası – 1 047, qeyri-yaşayış sahəsi – 2 470, əmlak kompleksi - 240, çoxmərtəbəli yaşayış binası üzərində isə 12 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 29 798-i Bakının, qalan hissəsi isə bölgələrin payına düşür.

Hesabat dövründə 90 043 texniki pasport tərtib edilib, 22 387 ipoteka müqaviləsi qeydiyyata alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR