Bu il Azərbaycanda 88 min daşınmaz əmlakın mülkiyyət hüququ qeydə alınıb

Bu il Azərbaycanda 88 min daşınmaz əmlakın mülkiyyət hüququ qeydə alınıb
# 29 aprel 2024 17:43 (UTC +04:00)

Bu ilin birinci rübündə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti daşınmaz əmlak üzərində 88 013 mülkiyyət hüququnun qeydiyyatı aparılıb.

Bu barədə "APA-Economics"ə Dövlət Xidmətindən bildirilib.

Məlumata görə, bu göstəricinin 13 540-ı (15,3 %) ilkin, 74.473-ü isə (84,7 %) təkrar qeydiyyatın payına düşür.

Hesabat dövründə fərdi yaşayış və bağ evi üzərində 12 786, mənzil üzərində 19 234, torpaq sahəsi - 53 279, qeyri-yaşayış binası - 744, qeyri-yaşayış sahəsi - 1 814, əmlak kompleksi - 147, çoxmərtəbəli yaşayış binası üzərində isə 9 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 21 664-ü Bakının, qalan hissəsi isə bölgələrin payına düşür.

Yanvar-mart aylarında Dövlət Xidməti 64 842 texniki pasport tərtib edib, 16 537 ipoteka müqaviləsi qeydiyyata alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR