Bank Of Baku

"Buta Airways" martın 3-nə olan Bakı-Kiyev reysini ləğv edib

"Buta Airways" martın 3-nə olan Bakı-Kiyev reysini ləğv edib
# 28 fevral 2022 15:22 (UTC +04:00)

“Buta Airways” aşağıbüdcəli aviaşirkəti Ukraynada davam edən qeyri-sabit vəziyyətlə əlaqədar martın 3-nə planlaşdırılan Bakı-Kiyev-Bakı marşrutu üzrə sərnişin reysini ləğv etdiyini açıqlayıb.

“Buta Airways”dən “APA-Economics”ə verilən məlumata görə, ləğv edilmiş reyslərin sərnişinləri uçuş tarixini dəyişə və ya cərimə tətbiq edilmədən aviabiletləri geri qaytara bilərlər.

“Bütün sərnişinlərimizdən ən son uçuş məlumatlarını aviaşirkətin rəsmi sosial şəbəkə səhifələrində izləmələrini xahiş edirik”, - aviaşirkətin açıqlamasında deyilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR