Bank Of Baku

“Buta Airways” uçuş coğrafiyasını genişləndirir

“Buta Airways” uçuş coğrafiyasını genişləndirir
# 04 aprel 2019 16:10 (UTC +04:00)

Bu il ərzində “Buta Airways” şirkəti bir sıra istiqamət üzrə aviareyslər açacaq. Bu barədə ONA-ya aviaşirkətdən bildirilib.

Şirkətdən qeyd olunub ki, cari ilin mayın 3-də “Buta Airways” Ukraynanın Xarkov şəhərinə birbaşa uçuşlara başlayacaq: “Uçuşlar hər həftənin çərşənbə axşamı və cümə günləri yerinə yetiriləcək. Mayın 16-dan etibarən isə həftədə iki dəfə - cümə axşamı və bazar günləri Ukraynanın Odessa şəhərinə birbaşa uçuşlar təşkil olunacaq”.

Bundan başqa, mayın 16-da Rusiyanın Həştərxan şəhərinə də birbaşa aviareys açılacaq ki, sözügedən marşrut üzrə uçuşlar həftənin bazar ertəsi və cümə axşamı günləri həyata keçiriləcək.

“Daha bir yeni istiqamət üzrə uçuşlar iyunun 14-dən etibarən Gürcüstanın Batumi şəhərinə yerinə yetiriləcək. Uçuşlar həftədə iki dəfə - cümə və bazar günləri həyata keçiriləcək”, - deyə “Buta Airways”dən bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR