Bank Of Baku

Cənub Yük terminalına baxış keçirilib - FOTO

Cənub Yük terminalına baxış keçirilib - FOTO
# 14 oktyabr 2025 12:39 (UTC +04:00)

Azərbaycan, İran və Rusiya nümayəndə heyətləri İran Astarasında Cənub Yük terminalına birgə baxış keçiriblər.

Bu barədə APA-nın İrana ezam olunmuş müxbiri xəbər verir.

Nümayəndə heyətlərinə Azərbaycan tərəfindən Baş nazirin müavini Şahin Mustafayev, Rusiya tərəfindən Baş nazirin müavini Aleksey Overçuk, İran tərəfindən isə yol və şəhərsalma naziri Fərzanə Sadiq rəhbərlik edirlər.

Qeyd edək ki, İranın Astara şəhərində yerləşən və Azərbaycan Dəmir Yollarına məxsus Cənub Yük Terminalının hazırkı illik yükaşırma imkanı 1 milyon ton təşkil edir və onun 5 milyon tona qədər artırılması nəzərdə tutulur. Tikinti işlərinin 2025-ci ilin sonuna qədər başa çatdırılması planlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR