Bank Of Baku

DANX: Mayın 31-də 6 mindən çox sərnişinin Bakıdan regionlara səfəri gözlənilir

DANX: Mayın 31-də 6 mindən çox sərnişinin Bakıdan regionlara səfəri gözlənilir
# 27 may 2021 15:51 (UTC +04:00)

Mayın 31-i tarixində 6 mindən çox sərnişinin Bakıdan regionlara səfəri gözlənilir.

APA-Economics”in məlumatına görə, bunu Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib.

Məlumata görə, səfərlər Bakı Beynəlxalq Avtovağzal Kompleksindən və “Cənub” avtostansiyasından həyata keçiriləcək.

Onun sözlərinə görə, həmin gün regionlararası 450 min sərnişinin daşınması gözlənilir ki, bu da pandemiyadan əvvəlki sərnişindaşıma ilə bağlı rəqəmlərin 75%-ni təşkil edir.

DANX rəsmisi vurğulayıb ki, yay ərzində bu göstəricinin iki dəfə artacağı gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR