Bank Of Baku

Daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı 16,6% artıb

Daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı 16,6% artıb
# 14 iyul 2022 17:29 (UTC +04:00)

Bu ilin yanvar-iyun ayları ərzində 168 532 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb.

Əmlak Məsələləri Dövlət Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,6% çoxdur.

Cari ilin ilk altı aylıq göstəricisinə əsasən, 42 955-i (25,5%-i) ilkin, 125 577-i (74,5%-i) isə təkrar qeydiyyatın payına düşüb. Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-iyun ayları ərzində ilkin qeydiyyat 29,7% artıb.

Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 23 057-i fərdi yaşayış və bağ evi, 40 987-i mənzil, 98 866-ı torpaq sahəsi, 1780-i qeyri-yaşayış binası, 3417-i qeyri-yaşayış sahəsi, 401-i əmlak kompleksi, 23-ü çoxmərtəbəli yaşayış binası, 1-i isə çoxillik əkmələrdir.

Qeyd edək ki, cari ilin yanvar-iyun ayları ərzində dövlət qeydiyyatına alınan daşınmaz əmlakın 25,8%-i Bakı şəhərində, qalanları isə bölgələrdə yerləşir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR