Bank Of Baku

Daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı yanvarda 20%-dək artıb

Daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı yanvarda 20%-dək artıb
# 11 fevral 2022 15:43 (UTC +04:00)

Bu ilin yanvar ayında Azərbaycanda 24 101 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb ki, bu da ötən ilin yanvar ayı ilə müqayisədə 19,3% çoxdur.

Əmlak Məsələləri Dövlət Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, aylıq göstəricinin 4 101-i (17,02%-i) ilkin, 20 000-i (82,98%-i) isə təkrar qeydiyyatın payına düşüb.

Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 3 798-i fərdi yaşayış və bağ evi, 6 835-i mənzil, 12 534-ü torpaq sahəsi, 293-ü qeyri-yaşayış binası, 576-sı qeyri-yaşayış sahəsi, 61-i əmlak kompleksi, 4-ü isə çoxmərtəbəli yaşayış binasıdır.

Qeyd edək ki, cari ilin yanvar ayı ərzində dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 6 501-i Bakı şəhərinin, qalanları isə bölgələrin payına düşür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR