Bank Of Baku

Deputat Bakı-Quba yolunun bərpasına vəsait ayrılmasını xahiş edib

Vahid Əhmədov, Milli Məclisin  İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü

© APA | Vahid Əhmədov, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü

# 15 mart 2022 12:58 (UTC +04:00)

“Bakı-Quba yolu çox bərbad vəziyyətdədir”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deputat Vahid Əhmədov deyib.

Deputat bildirib ki, bu yolla gedib-gəlmək qeyri-mümkündür: “Quba, Qusar turizm bölgəsidir, əvvəllər çox insanlar bu yerlərə gedirdilər. Amma yolun bu hala düşməsindən sonra gedənlərin sayı xeyli azalıb. Baş nazirdən xahiş edirəm ki, bu yolun təmirinə vəsait ayırasınız. Çünki mən sual ünvanlayanda aidiyyəti qurumlar deyir ki, alternativ yol çəkiləcək. Amma o yol tezliklə çəkilməyəcək. Ona kimi mövcud yol təmir edilsə, yaxşı olar”.

Deputat Azər Badamov isə bildirib ki, Qusar rayonunun bir çox kəndləri qazlaşdırılmayıb: “Son 4 ildə Qusar rayonunda heç bir dənə də yaşayış yerinin qazlaşdırılması baş verməyib. Baxmayaraq ki, ölkə üzrə qazlaşdırma 96%-i keçib. Müvafiq qurumdan Qusar rayonunun kəndlərinin qazlaşdırılması məsələsinə baxılmasını istəyirəm”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR