Bank Of Baku

Azərbaycan AÇG-dən 140 mlrd. dollardan çox gəlir əldə edib

Azərbaycan AÇG-dən 140 mlrd. dollardan çox gəlir əldə edib
# 29 aprel 2019 11:09 (UTC +04:00)

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarının işlənilməsi layihəsi üzrə əldə olunan ümumi gəlirləri (2001-ci ildən etibarən) 140,450 mlrd. ABŞ dolları (01.04.2019 tarixinə) təşkil edib.

ARDNF-dan ONA-ya verilən xəbərə görə, ilin birinci rübündə bu göstərici 2,243 mlrd. dollar olub. Ötən ilin analoji dövrü ilə müqayisədə Fondun gəlirləri 8,6% artıb.

Bundan başqa, "Şahdəniz" yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər (01.01.2019 - 01.04.2019 tarixinə) 91 mln. dollar təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR