Bu ilin yanvar ayında Azərbaycanda kompüter təhlükəsizliyi ilə bağlı dövlət strukturları tərəfindən açılan sorğuların sayı ötən ilin dekabr ayı ilə müqayisədə 31,8% azalaraq 475 ədəd təşkil edib.
"APA-Economics"in Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin hesabatı əsasında apardığı hesablamalara görə, yanvar ayı ərzində mərkəzə daxil olan sorğulardan 98,7%-nə baxılıb və təmin edilib.
Məlumata əsasən, yanvar ayında Azərbaycan internet məkanında dövlət qurumlarına aid 8 domen və 14 yeni subdomen qeydiyyatdan keçib. Mərkəz tərəfindən informasiya təhlükəsizliyi üzrə audit keçirilərək, müvafiq dövlət qurumlarına 33 hesabat təqdim edilib.