Bank Of Baku

Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunub

Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunub
# 23 noyabr 2024 15:53 (UTC +04:00)

Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə müavinlər təyin edilib.

Bu barədə APA-ya Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, sərəncama əsasən, Xəyyam Fəxrəddin oğlu Məmmədov birinci müavin, İlham Üzeyir oğlu Bayramov və İlqar Tapdıq oğlu Gülməmmədov müavin təyin olunub.

Bu münasibətlə ADSEA-da iclas keçirilib və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin təyin olunan müavinlər kollektivə təqdim edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR