Dövlət Vergi Xidməti monitorinq, konsultasiya və dəstək xidmətlərinin göstərilməsi, proqram təminatlarında əlavə və dəyişikliklərin edilməsi və lisenziyaların satın alınması üzrə tenderin qalibini müəyyənləşdirib.
"APA-Economics"in "Elektron satınalma" portalına istinadən verdiyi məlumata görə, tender komissiyasının qərarına əsasən, Xidmətin elan etdiyi tenderin qalibi "Cybernet" şirkəti seçilib. Şirkətlə dəyəri 8,97 mln. manatdan çox təşkil edən müqavilə imzalanıb.