Dünya Bankı: Azərbaycan su təchizatında səmərəliliyi artırmaqla 1,5 mlrd. manat vəsaitə qənaət edə bilər

Smita Misra

© APA | Smita Misra

# 18 sentyabr 2024 12:44 (UTC +04:00)

Azərbaycanda su təchizatında səmərəliliyin artırılması vasitəsilə Maliyyə Nazirliyi 1.5 mlrd manat vəsaitə qənaət edə bilər.

APA-Economics” xəbər verir ki, bunu Dünya Bankının Su və Sanitariya Xidmətləri üzrə Baş mütəxəssisi Smita Misra deyib.

O bildirib ki, Maliyyə Nazirliyi tərəfindən son 10 ildə bu sahəyə 8 mlrd. manat məbləğində vəsait qoyulub. Növbəti 10 illik dövr üçün 6 mlrd. manata qədər vəsaitin tələb olunacağı ehtimal olunur.

“Məhsuldarlığın artırılması sayəsində növbəti 10 il ərzində dövlət büdcəsində 1.5 mlrd manat məbləğində qənaət oluna bilər. Tələb olunan subsidiyaların məbləği 6 mlrd. manatdan 4.6 mlrd. manata enəcək. Qənaət tariflərin qaldırılması, su itkilərinin azaldılması və işçi heyətin optimallaşdırılması hesabına təmin oluna bilər”- Smita Misra əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR