Bank Of Baku

Dunya Kovar-Binqgeli: Zəngilan “15 dəqiqəlik şəhər modeli” üzrə qurulur

Dunya Kovar-Binqgeli: Zəngilan “15 dəqiqəlik şəhər modeli” üzrə qurulur
# 16 oktyabr 2025 11:07 (UTC +04:00)

Zəngilan “15 dəqiqəlik şəhər modeli” üzrə qurulur.

APA-Economics” xəbər verir ki, bunu Xankəndidə keçirilən "III Azərbaycan Milli Şəhərsalma Forumu"nda çıxış edən “SA Partners” şirkətinin təsisçi tərəfdaşı Dunya Kovar-Binqgeli bildirib.

O deyib ki, azad edilmiş ərazilərdə aparılan şəhərsalma işlərinin əsas məqsədi təbiət və insan arasında harmoniyanı qoruyan, iqlimədavamlı şəhərlər yaratmaqdır.

“Zəngilan şəhərinin baş planı təhlükəsiz, yaşanılan və dayanıqlı həyat üçün hazırlanıb. Biz şəhəri ‘15 dəqiqəlik şəhər modeli’ əsasında planlaşdırmışıq,” – deyə o, qeyd edib.

Mütəxəssis vurğulayıb ki, Zəngilanın planlaşdırılması “yaşıl və mavi şəbəkə” konsepsiyası üzərində qurulub, şəhərdə parklar, təbii hava koridorları və yaşıl zonalar yaradılacaq.

O həmçinin dairəvi məktəb binası və sıralı mənzillər kimi yeni memarlıq prototiplərinin Azərbaycanda ilk dəfə tətbiq olunduğunu bildirib.
Bu layihələr həm iqlim davamlılığı, həm də icmaların sosial inteqrasiyasını təmin edir”, – deyə Kovar-Binqgeli vurğulayıb.

O əlavə edib ki, eyni yanaşma Kəlbəcərdə də tətbiq olunur – burada şəhərsalma layihələri dağlıq relyefə uyğunlaşdırılıb və yaşıl məkanlarla binalar bir-birinə inteqrə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR