Bank Of Baku

Əli Əsədov: 2024-cü ildə 60 min hektar ərazinin minalardan təmizlənməsi planlaşdırılır

Əli Əsədov: 2024-cü ildə 60 min hektar ərazinin minalardan təmizlənməsi planlaşdırılır
# 15 mart 2024 11:35 (UTC +04:00)

Genişmiqyaslı layihələrin həyata keçirilməsi üçün işğaldan azad olunmuş ərazilərdə 2023-cü ildə Minatəmizləmə Agentliyi və minatəmizləmə əməliyyatlarına cəlb olunmuş dövlət və qeyri-dövlət qurumları tərəfindən ümumilikdə 53,1 min hektar ərazi minalardan təmizlənib.

APA-nın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatını təqdim edən Baş nazir Əli Əsədov bildirib.

Baş nazir deyib ki, ümumiyyətlə 1 mart 2024-cü il tarixinədək 123 mindən artıq hektar təmizlənib və 114 730 mina və partlamamış hərbi sursat aşkar edilib: “2024-cü ildə isə 60 min hektar ərazinin minalardan təmizlənməsi planlaşdırılır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR