Bank Of Baku

"Expressbank"ın aktivləri azalıb

"Expressbank"ın aktivləri azalıb
# 30 aprel 2019 13:31 (UTC +04:00)

"Expressbank" 2019-cu ilin birinci rübünün yekunlarına dair malyyə hesabatını açıqlayıb.

ONA sözügedən hesabata istinadən xəbər verir ki, ötən ilin ilk rübü ilə müqayisədə bu il bankın aktivləri 9,1% azalaraq 322,438 mln. manat, öhdəlikləri 4% azalaraq 201,526 mln. manat, cəmi kapitalı isə 16,4% artaraq 120,912 mln. manat olub.

Bankın faiz gəlirləri 28,9% artaraq 9,318 mln. manat, faiz xərcləri  25,3% artaraq 2,470 mln. manat təşkil edib.

Hesabat dövründə bankın kredit portfeli 27% artıb və aprelin 1-nə 240,830 mln. manat, depozit portfeli isə 14,7% azalaraq 155,410 mln. manat olub.

"Expressbank"ın cari ildə xalis mənfəəti ötən ilin yanvar-mart ayları ilə müqayisədə 78% artaraq 1,3 mln. manata çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR