Bank Of Baku

Fazil Mustafa: Vəsait olmadığına görə Sabunçuda qəzalı binalarla bağlı akt tərtib edilmir

Fazil Mustafa, Milli Məclisin Mədəniyyət komitəsinin sədri

© APA | Fazil Mustafa, Milli Məclisin Mədəniyyət komitəsinin sədri

# 14 mart 2025 15:53 (UTC +04:00)

Sabunçu rayonun və Bakıxanov qəsəbəsində təqribən 209 qəzalı bina mövcuddur, onlardan 47-nin qəzalı vəziyyətdə olduğunu təsdiq edən akt tərtib edilib.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatı”nın müzakirəsində parlamentin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa deyib.

Fazil Mustafa bildirib ki, vəsait olmadığı üçün digər binalarla bağlı belə akt tərtib edilməyib: “Qəzalı vəziyyətdə olan 2 və 3 mərtəbəli 174 binanın sakinləri bu məsələyə əncam çəkilməsini gözləyir. Sabah hansısa hadisə baş verəndə sonradan peşmançılığını çəkməyək deyə indidən bu problemin həlli istiqamətində ciddi fəaliyyət göstərməliyik. Məsələnin həlli sahibkarların bu işə cəlb olunmasıdır. Amma bu, stimullaşdırılmalıdır. Digər tərəfdən, hazırda qəzalı binaların sakinlərinə hər kvadratmetr üçün 1300 manat verirlər. Üçotaqlı mənzildə yaşayan vətəndaş gedib belə ev ala bilmir. Çünki ona verilən 80-100 min manat, amma bazarda real qiymət 200 min manatdır. Məcbur olub şəhərətrafı yerlərdə özlərinə qanunsuz tikinti aparıb, yaşayış evləri tikirlər”.

Deputat binaların zirzəmisinə yığılan qrunt sularına da diqqət çəkib: “Bu məsələdə də abadlıq işlərinin aparılması vacibdir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR