Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu və Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar nazir Rəşad Nəbiyevin işğaldan azad edilmiş Füzuli rayonuna səfəri çərçivəsində Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolunun tikintisi layihəsinin təqdimatı olub.
APA-nın Füzuli rayonuna ezam olunmuş əməkdaşı xəbər verir ki, təqdimata layihənin iştirakçısı olan Azərbaycan və Türkiyə şirkətlərinin təmsilçiləri də qatılıb.
Layihə dəyərləndirilib, tikinti barədə ətraflı məlumat verilib, diskussiya aparılıb.
Sözügedən yol Zəngəzur dəhlizinin bir hissəsi hesab olunur.