Bank Of Baku

Gəncə-Daşkəsən-Quşçu-Çovdar-Çaykənd avtomobil yolunun tikintisi üçün 8,5 milyon manat ayrılıb

Gəncə-Daşkəsən-Quşçu-Çovdar-Çaykənd avtomobil yolunun tikintisi üçün 8,5 milyon manat ayrılıb
# 04 aprel 2019 15:39 (UTC +04:00)

Prezident İlham Əliyev Daşkəsən rayonunun Gəncə–Daşkəsən (27 km)–Quşçu–Çovdar–Çaykənd avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

ONA xəbər verir ki, sərəncama əsasən, üç min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Gəncə–Daşkəsən (27 km)–Quşçu–Çovdar–Çaykənd avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 8,5 milyon (səkkiz milyon beş yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyi göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR