Güclü küləyin elektrik enerjisi təsərrüfatına vurduğu ziyan aradan qaldırılır - VİDEO

Güclü küləyin elektrik enerjisi təsərrüfatına vurduğu ziyan aradan qaldırılır - VİDEO
# 21 iyun 2024 18:05 (UTC +04:00)

Regionlarda güclü küləyin elektrik enerjisi təsərrüfatına vurduğu ziyan “Azərişıq” tərəfindən aradan qaldırılır.

APA-Economics” xəbər verir ki, sel suları, yağış və güclü küləklə müşahidə edilən hava şəraiti Daşkəsən, Gədəbəy, Ağstafa, Şəmkir, Gəncə və Tovuzda bir neçə ağacın aşaraq elektrik xətlərini sıradan çıxarmasına səbəb olub.

Hadisə nəticəsində rayonların əksər hissəsində elektrik enerjisinin verilişi dayanıb. Kəndlər işıqsız qalıb. "Azərişıq" ASC-nin əməkdaşları təbiət hadisəsinin yaratdığı fəsadların aradan qaldırılması üçün iyunun 20-si günün ikinci yarısından başlayaraq gücləndirilmiş iş rejimində çalışıblar.

Qurumdan bildirilir ki, sözügedən rayonlarda elektrik enerjisinin verilişinin qısa zamanda bərpa edilməsi istiqamətində zəruri tədbirlər görülüb.

Hazırda baş vermiş qəzaların 90%-dən yuxarı hissəsinin aradan qaldırıldığı, qarşıdakı saatlarda isə ölkə üzrə elektrik enerjisi verilişinin tam bərpa ediləcəyi qeyd edilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR